?Bakı gecələri-2010? estrada mahnı festivalı keçiriləcək

img

06-09-2010 [01:22]


Mədəniyyət və Turizm Nazirliyinin, Bakı şəhər İcra hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə ?Bakı gecələri-2010? estrada mahnı festivalı keçiriləcək. Festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və bu mahnı janrının inkişafına nail olmaqdır. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AzərTAc-a bildirmişlər ki, üç möhtəşəm konsert proqramından ibarət olacaq ?Bakı gecələri-2010? estrada mahnı festivalının birinci konsert proqramı sentyabrın 13-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçiriləcəkdir. Festivalda tanınmış və gənc estrada ifaçıları iştirak edəcəklər. İlkin mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Münsiflər tərəfindən yüksək qiymətləndiriləcək ifaçılar bu il dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertə vəsiqə qazanacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA