Səlim Müslümovdan pensiya və müavinət açıqlaması: "İlin sonunadək ödəniş həyata keçiriləcək”

img

20-12-2017 [13:35]


"Bu ilin sonunadək bütün pensiya və müavinətlərin ödənişi həyata keçiriləcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, proses qrafikə uyğun gedir.

"Bu gün işğal altında olan rayonların və böyük şəhərlərdə yaşayan pensiyaçıların  pensiyalarının ödənilməsinə başlanıb. Müavinətlərlə bağlı dünən sonuncu ödəmələrin aparılması üçün vəsait açılıb. Bu proses yekunlaşır. Pensiyalar da qrafikə uyğun olaraq aparılır. İşğal altında olan rayonların və böyük şəhərlərdən sonra respublikanın digər şəhər və rayonlarında yaşayanların pensiyaçıların pensiyalarının ödənişi həyata keçiriləcək. Sonda hərbi qulluqçusu kimi xüsusi rütbəli şəxslərin pensiyaçılarının pensiyaları maliyyələşdiriləcək”, - deyə nazir vurğulayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA