?Borçalı? ictimai Cəmiyyəti ?Dədə Camal? məclisini keçirdi

img

06-09-2010 [12:40]


?Borçalı? İctimai Cəmiyyəti 5 sentyabr 2010-cu il tarixində, Xudafərin restoranında növbəti ?Dədə Camal? məclisini keçirdi. ?Elat mədəniyyəti günlərinin Gürcüstan cəmiyyətinə inteqrasiyasına təsiri? mövzusuna həsr olunan tədbirdə cəmiyyətin indiyə qədər gördüyü işlərə qiymət verildi. Tədbir bu il iyulun 26-da Borçalıda keçirilən Elat mədəniyyəti günlərində bədbəxt hadisə zamanı həlak olan sambo üzrə Avropa üçüncüsü Mikayıl Orucovun xatirəsini bir qədiqəlik sükutla yad etdikdən sonra başladı. Folklorşunas Elxan Məmmədli avqustun 27-də M.Orucovun xatirəsinin əbədiləşdirmək məqsədilə Armudlu gölü yaxınlığında abidə qoyulduğunu bildirdi. Cəmiyyətin sədri Zəlimzan Məmmədli həyata keçirdikləri fəaliyyət proqramının nəticərindən, eləcə də qarşıda görüləcək işlərdən danışdı. O bildirdi ki, əsasən Bolnisi və onun kəndlərinin girəcəyinə vurulan xaç işarələri ilə bağlı Gürcüstanın reinteqrasiya nazirliyi qarşısında məsələ qaldırılacaq. Z.Məmmədli bildirdi ki, əsasən müsəlmanların yaşadığı ərazilərdə xaç işarələrinin qoyulması, dini tolerantlığı əks etdirmir: ?Biz həmin xaçların yerinə dövlət atributu olan Gürcüstan bayqarlarının sancılmasını təklif edəcəyik?. Parlament seçkilərinin yaxınlaşdığını deyən E.Məmmədli Z.Məmmədlinin cəmiyyətin təşəbbüsü ilə seçkilərə qatılacağını bildirdi. Tədbirdə iştirak edən Şəmistan Əlizamanlı bu təşəbbüsü dəstəklədiyini bildirdi. Daha sonra professor Rzaxan Mahmudov, şair Abbas Abdulla və təşkilatın yerli şöbə rəhbərlərinin çıxışları oldu. Tədbirdə Cəmiyyətin keçirdiyi Elat mədəniyyəti Günlərini əks etdirən video-çarxlar nümayiş etdirildi. Z.Məmmədli bu il Borçalıdan Gürcüstan universitetlərinə daxil olan 56 abituriyentlər görüş keçirilib, onların cəmiyyət adından mükafatlandırılacaqlarını da bildirdi. Onun sözlərinə görə, bu kimi aksiyalar həm də Gürcüstanlı şagirdlərin təhsilə marağını atrıracaq. Z.Məmmədli həmçinin yaxın müddət ərzində keçiriləcək tədbirlər haqqında danışdı Sonda Rəşad İbrahimov və Təbriz Yusifovun müşayətilə Mənsum İbrahimovun tələbəsi Şəmsəddin İbrahimovun ifasında muğam ifaları səsləndirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA