Mədəniyyət kanalı ilə bağlı sənəd qəbulunun müddəti bir ay uzadıldı

img

06-09-2010 [12:02]


Azərbaycanda mədəniyyət kanalı ilə bağlı müsabiqəyə sənəd qəbulunun müddəti bir ay da uzadılıb. Bunun jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədrinin sözlərinə görə, Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqə müddətində yalnız bir müraciət daxil olub: ?Müraciət ?Azərbaycan Televiziyası və Radiosu? Qapalı Səhmdar Cəmiyyəti tərəfindən olunub. Qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün bir müraciət yetərli hesab olunmadığından vaxtın daha bir ay uzadılmasına qərar verilib?. Qeyd edək ki, MTRŞ iyulun 30-da mədəniyyət telekanalının açılması ilə bağlı müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulunun müddəti oktyabrın 4-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA