Vertolyot və təyyarələr gömrük rüsumundan azad edildi - Hökumət qərar verdi

img

19-12-2017 [15:43]


Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA