19-12-2017 [13:32]
SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings” Səhmdar Cəmiyyəti Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olub.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, SOCAR A1 şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini (YDM) və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən "Pronto Oil" firmasını alıb:
""SOCAR Energy Holdings” son 5 ildə İsveçrədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrimdəki sərmayələrini artırmaq və böyütmək məqsədi ilə investisiya layihələrinə yatırır, əvvəlki illərdə qoyulan investisiyaları ilə sinerji yaradaraq, onları daha da genişləndirir.
Burada əsas hədəf gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaqdır".
Məlumatda qeyd olunub ki, son dövrdə SOCAR İsveçrədə orta miqyaslı şirkətlərlə diler və təchizat əlaqələrinin genişləndirilməsi, ortaq kart sisteminin işlədilməsi və s. kimi müxtəlif tərəfdaşlıq layihələrini həyata keçirməkdədir:
"İsveçrəyə yaxın olan Avstriya bazarında tanınmış ailə biznesi olan A1 şəbəkəsinin alınması bu genişlənmə strategiyasının məntiqi davamı və növbəti addımı olmuşdur. Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik A1 şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. A1-lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən Pronto Oil Mineralölhandels GmbH şirkətini əldə etmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin idarəedilməsi məqsədi ilə "SOCAR Energy Austria” MMC təsis edilmişdir. A1 şəbəkəsi və Pronto Oil Mineralölhandels GmbH şirkətinin əməkdaşları işlərində saxlanılacaq və "SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirəcəklər. A1 brendinin Avstriya bazarında artıq yüksək səviyyədə tanındığı nəzərə alınaraq, SOCAR satın aldığı YDM-ni həmin brend altında istismar etməyi planlaşdırır.
"SOCAR Energy Holdings” Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann yeni layihədən məmnunluğunu belə ifadə etmişdir: "A1 şəbəkəsinin alışı Avstriyada SOCAR qarşısında yeni üfüqlər açır, yeni kommersiya imkanları yaradır və bir aparıcı enerji şirkəti kimi onun bu ölkədə mövqeyni möhkəmləndirir”. A1 YDM şəbəkəsinin və Pronto Oil Mineralölhandels GmbH firmasının keçmiş sahibi Qerhard Annavitt belə demişdir: "Həm A1, həm də Pronto Oil şirkətlərinin işini uğurla davam etdirmək üçün SOCAR ən uyğun namizəddir. Şirkətimi sataraq, onu yüksək keyfiyyətli xidmət təklif edən qabaqcıl və innovativ bir şirkətə təqdim edirəm, fikrimcə SOCAR bu şirkətləri mənim də arzu etdiyim səmərəli tərzdə davamlı idarə edəcək”.
Qeyd edək ki, SOCAR 5 il bundan əvvəl İsveçrə neft bazarına yerli müştərilərin ehtiyaclarına cavab verəcək yüksək keyfiyyətli malların pərakəndə satışı və fərdi xidmətləri özündə əks etdirən yeni bir yanaşma üsulu ilə daxil olmuşdur. Bu gün İsveçrədəki istehlakçıların 63%-dən artıq hissəsi SOCAR brendini tanıyır və yüksək qiymətləndirir. SOCAR İsveçrədəki diler bazasını genişləndirərək, 15 dilerlə tərəfdaşlıq əlaqələri qurmuşdur və gələn ildən etibarən daha 5-10 dilerin SOCAR brendinə qoşulması gözlənilir.
İsveçrə ilə qonşu və eyni mədəniyyətin daşıyıcısı olan Avstriya SOCAR üçün strateji bazardır. A1 şəbəkəsi Avstriyanın bir çox bölgələrində yüksək dəyərə sahib YDM brendi kimi tanınır.
Qəzza zolağında evinə baxmaq istəyən şəxs güllələnib
Reklam Agentliyinin əməkdaşlarına hücum olub - VİDEO
Bakıda məhkəmə sisteminə həsr olunmuş beynəlxalq konfrans keçirilir
İordaniya Kralı: "İki dövlətli həll prinsipi həyata keçirilməsə, bölgə məhvə məhkumdur"
Qətər əmiri: "Sülh sammitindən çox ümidliyik"
Daha bir QHT sədrinə cinayət işi açılıb
Kürdəmirdə ər arvadına 10 bıçaq zərbəsi vurub
SOCAR-da daha bir dəyişiklik - "Azneft"in direktoru yola salındı
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda 3 qol var (Yenilənib)
Ərdoğan Misirdən ayrıldı
"Eyüpspor"un yeni baş məşqçi ilə anlaşıdı - 3 illik müqavilə ilə
Gürcüstan millisinin baş məşqçisi: "Bura qələbə üçün gəlmişik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: Türkiyə-Gürcüstan matçının gəliri Qəzzaya bağışlanacaq.
Vinçenzo Montella: "Berke Özer üzərində çox dayanmayacağam"
Kerem Aktürkoğlu: "Qələbə pley-off şanslarımızı artıracaq"
CHP-də növbəti istefa - Zonguldak Qadın Təşkilatı sədri istefa verib
İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!" - Hikmət Hacıyev
Sabah bu ərazilərdə qaz olmayacaq
İLHAM ƏLİYEVLƏ TRAMP GÖRÜŞDÜ: "Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi?" - Misirdə + VİDEO, FOTOLAR
İsrail 1900-ə yaxın fələstinli məhbusu azad edib - Onlardan 154 ömürlük məhbus olub
“Sədərək”də reklam qurğuları sökülüb
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrləri görüşdü - İslamabadda + FOTO (Yenilənib)
Türkiyədə 105 kq narkotik tutulub - Həbslər var
Sumqayıt Dövlət Universitetinə 40 əcnəbi tələbə axtarılır - Bunu təşkil edənə isə 103 min manat veriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda bir araya gəldilər - Nələr müzakirə olunub?
Kino Agentliyi “Nurgün Motors”a 10 min ödəyəcək
İlham Əliyev bu ölkələrin liderləri ilə görüşüb - Misirdə
ƏLİYEVİN TƏKLİFİ və ya TDT ORDUSUNUN AYAQ SƏSLƏRİ... - Təhill
Prezident İlham Əliyev Fələstin lideriylə görüşüb - FOTO
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüşüb - FOTO
Netanyahu Sammitə qatılacaq? - Misir prezidentindən gözlənilməz jest
"Tramp sülhə sadiqdir, o..." - Netanyahu Trampın Nobelə namizədliyini yenə dəstəkləyəcək
İqtisadiyyat üzrə Nobel mükafatının sahiblərinin adları açıqlandı
Xocalının Ballıca və Xanyurdu kənd sakinləri ilə torpaq icarəsi müqavilələri imzalanıb
Şair Əlisəmid Kür dəfn olunub (Yenilənib)
Audiovizual Şura məlumat yayıb
70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - Bu tarixdə
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü keçirilir - "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır" (Yenilənib)
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik