"Neft kəskin ucuzlaşacaq, iri şirkətlər bu sektordan qaçacaq, ən güclü zərbə isə..." - Məşhur agentlikdən şok iddia

img

19-12-2017 [13:05]


Dünya 2018-ci ildə batareya texnologiyaları sahəsində sıçrayışla qarşılaşacaq və nəticədə, ucuz elektrikli avtomobillərin kütləvi istehsalına başlanacaq. Nəticədə, neft ucuzlaşmağa başlayacaq. Ən güclü zərbə ilə S.Ərəbistanı və Rusiyaya üzləşəcək. 

Bu proqnozla "Bloomberg" agentliyi çıxış edib.

Agentlik qeyd edir ki, dünya bazarında neftin qiyməti 2020-ci ildə 20 dollar/barelə düşəcək.

"Bloomberg" 2024-cü ildə neft qiymətlərinin 10 dollar/barelə qədər geriləməsini də istisna etmir. 2028-ci ildə isə qlobal neft sənayesində fəaliyyət göstərən iri neft şirkətlərinin iflas etməsi nəticəsində yaranacaq təşviş səbəbindən investorların bu sektordan kütləvi qaçışı gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA