Komitədə növbəti hərrac - Obyekt və maşınlar özəlləşdirilib

img

19-12-2017 [12:12]


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

Mia.az Komitəyə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklar kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri olub. 

Bildirilib ki, özəlləşən əmlaklar biznes obyekti olmaqla, investor üçün əlverişli gəlir mənbəyidir. Hərracda özəlləşən yardımçı təsərrüfat da sərmayəçi üçün mənfəətli əmlakdır:

"Bakının Sabunçu rayonunda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın, torpaq sahəsi isə 60 min kv.m dən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlif olur. Belə avtomobillər Avropa, Yaponiya, Koreya və digər ölkələrin istehsalı olmaqla alıcılar üçün seçim imkanını artırır. Hərracda özəlləşən nəqliyyat vasitəsi Rusiya istehsalı olan QAZ-3307 markalı avtomobil olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA