05-09-2010 [06:19]
[b]İlyas İsmayılov: "YAP namizədlər siyahısını son ana qədər açıqlamamaqla bir taktika yürüdür. Hakimiyyət istəyir ki, hamı kartını açsın, ondan sonra hərəkətə keçsin"
[/b]
Məlum olduğu kimi, parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədələt partiyaları "İslahat" seçki blokunda bir araya gələrək seçki prosesinə qoşulmağı qərarlaşdırıblar. Bloka daxil olan Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bir o qədər nikbin olmasa da, müsbət nəticələr gözlədiyini deyir:
- Bu seçkilərdə "İslahat" blokunu çox gərgin əmək gözləyir. Çalışacağıq ki, insanları inandıraq və onlar bizə səs versinlər. Seçki qanunvericiliyinə uyğun olaraq, kampaniyamızı aparacağıq, namizədlərimiz də özlərini təbliğ edəcəklər.
[b]- İlyas müəllim, parlament müxalifəti olaraq, seçkiyə üç partiya bir yerdə gedirsiz, eyni zamanda digər müxalifət partiyaları da fərqli bloklarda seçkiyə qoşulurlar. Bu, Sizə hər hansı problem yaratmayacaq ki? [/b]
- Xeyr. Məncə, heç bir problem olmaz. Mən onlara da uğurlar arzulayıram.
[b]- Yəni, səslərin parçalanmasına gətirib çıxarmayacaq?
[/b]
- Hər şey müqayisədə müəyyən olunur. Mən istəyirəm ki, hakimiyyətdən, yaxud müxalifətin hansı qanadından asılı olmayaraq Milli Məclisə ləyaqətli adamlar seçilsinlər. İstərdim ki, Milli Məclisdə ləyaqətli, dövlətçilik təfəkkürü yüksək olan adamlar təmsil olunsunlar, parlamentin funksiyasını gözəl bilsinlər və onu həyata keçirmək üçün böyük məsuliyyətlə çalışsınlar.
[b]- Deyirsiniz ki, hər şey müqayisə də bəlli olur, Sizi digərlərindən fərqləndirəcək cəhət nə olacaq? [/b]
- Bu seçkilərdə bloklara deyil, fərdi namizədlərə səs verirlər. Biz çalışırıq, elə namizədlər irəli sürək ki, onların tərcümeyhi-halı çox gözəl olsun, yerlərdə nüfuzları yüksək olsun, özləri də camaatın qarşısında çıxış eləsinlər ki, səs alsınlar.
[b]- Namizədlərin hansı siyasi qüvvəni təmsil etməsinin önəmi yoxdurmu? [/b]
- Proporsional seçki sistemi bizdə çoxdan ləğv olunub. Mojaritar seçki sistemində isə məsuliyyət namizədin öz üzərinə düşür. Kimlərinsə bloka simpatiyası, anti-patiyası ola bilər, insan cəmiyyətində yaşayırıq, bunsuz mümkün deyil. Amma mojaritar sistemin qaydalarına tabe olmalıyıq. Ona görə də hər bir namizəd özü işləməlidir.
[b]- Əgər hər namizəd öz təbliğatını aparacaqdısa, blok yaratmağa nə ehtiyac vardı? [/b]
- Yox, mən təkcə namizədlərin təbliğat aparacağını demirəm. Bizim partiyamızın yerlərdə özəkləri var. Blokdakı üç partiyanın namizədi yerlərdə vahid namizədlərə yardım edəcəklər. Yəni, blok yaradaraq gücümüzü bu şəkildə birləşdiririk.
[b]- Üç partiya birləşmisiz, beş ildir ki, parlamentdə təmsil olunursunuz. Blokunuz üçün ilkin gözləntiləriniz nədən ibarətdir? [/b]
- Proqnoz vermək elə də asan məsələ deyil. Proqnoz vermək üçün gərək hadisələrin daxili inkişaf məntiqini tutasan, qüvvələr nisbətini yaxşı biləsən. Biz mübarizəmizi ona hesablamışıq ki, parlamentdə daha çox yer götürək.
[b]- Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlu daha nikbin proqnoz verirlər. Hətta fraksiya yarada biləcək deputat yeri qazanmaqdan danışırlar... [/b]
- Arzu edərdim ki, onların dedikləri həyata keçsin. Eyni zamanda onların fikirlərinə hörmətlə yanaşıram. Şəxsən mən indidən proqnoz verməkdə çətinlik çəkirəm. Qoy, bütün partiyalar namizədlərini versinlər və görək, hansı seçki dairəsində rəqib kimdir. Bu, çox önəmli məsələdir. Ona görə də istərdim ki, bütün partiyalar, bloklar, o cümlədən Yeni Azərbaycan Partiyası namizədlərini irəli sürsünlər, ondan sonra bu kimi sualları cavablandırmaq mümkündür.
[b]- Son illər seçkiyə inam xeyli azalıb. Bu baxımdan 2010-la bağlı nə demək olar? [/b]
- Özümüz özümüzü aldatmamalıyıq. Cəmiyyətimizdə də problem var. Seçkiyə inananlar da, inanmayanlar da, ortaq mövqedə olanlar da var. Bəziləri seçkiyə gəlmək istəmir. İndi çalışmaq lazımdır ki, insanlar seçkiyə gəlsinlər, seçimlərini etsinlər, ən azından prosesdən kənarda qalmasınlar. Yəni, problemlərimiz də var, hər şey ideal deyil. Mövqeyimin tam aydın olması üçün müəyyən fikirlər də söyləmək istəyirəm. Mən məsələlərə maksimalist yanaşmağın tərəfdarı da deyiləm, utopizmə qapılmaq fikrim də yoxdur, avatürizmi isə ümumiyyətlə rədd edirəm. Həmişə reallığı nəzərə alıb fəaliyyət göstərmişəm. Reallıqda da bir çox hadisələr baş verməlidir ki, proqnoz verə biləsən.
[b]- Müxalifətdəki opponentlərinizin perspektivini necə görürsünüz? [/b]
- Hesab edirəm ki, hamısının kifayət qədər gücü var. Hamısına uğurlar arzulayıram. Mən heç vaxt seçkilərdə rəqibin əleyhinə bir kəlmə söz də danışmamışam, heç danışmaram da. O cür kampaniyaları da düzgün hesab etmirəm. Rəqibin gücünü daha yüksək tutmaq və mübarizəyə isə daha inamlı hazırlaşmaq lazımdır.
javascript:justReturn();
- Yəqin ki, seçkinin favoriti Yeni Azərbaycan Partiyası olar. Birincisi, o partiyanın üzvlərinin sayı çoxdur, yarım milyonu keçib. İkincisi, hakimiyyət onların əlindədir. Bu da onlara böyük üstünlüklər verir. İnsanlar da artıq yorulublar, istəyirlər ki, ölkədə sabitlik olsun və başqa radikal proseslərə qoşulmaq istəmirlər. Odur ki, obyektiv olaraq demək lazımdır ki, Yeni Azərbaycan Partiyasının gücü hamımızdan artıqdır və seçkinin favoriti də hakimi partiya olacaq.
[b] - Ölkədəki sabitliyə toxundunuz, yeri gəlmişkən bir məsələni də soruşum, bu gün ölkədə sabitlik varmı? [/b]
- Sabitlik də qiymət verilən anlayışdır. Bu gün Azərbaycanda müəyyən sabitlik var. Əvvəllər olan hadisələr bu gün baş vermir. Bir vaxtlar ölkədə hərc-mərclik var idi, hərə bir qoçu dəstəsi saxlayıdı, özbaşınalıq hökm sürürdü. İndi bunlar yoxdur, sabitlik var. Bizə başqa ölkələrdən hücumlar olurdu, ortaya qıçqınlar, köçkünlər çıxmışdı, etiraf etmək lazımdır ki, vəziyyət çox ağır idi. İndi o vaxtla müqayisəolunmaz dərəcədə yaxşı vəziyyətimiz var.
[b]- Müsavat başqanı İsa Qəmbər sabitliklə bağlı demişdi ki, bir ölkədə general güllələnirsə, jurnalist öldürülürsə, korrupsiya baş alıb gedirsə və bunlar açılmırsa, belə sabitlik olmaz... [/b]
[i]- (Tələsik) [/i]Mən başqa insanların fikirlərinə münasibət bildirmək istəmirəm. Hərə öz fikrini söyləyə bilər, çünki bu onun haqqıdır. Buna da dözümlü yanaşmaq lazımdır. Əlbəttə, mən də istərdim ki, jurnalistlər öldürülməsin, qeyd edilən cinayətlər baş veribsə, mütləq araşdırılsın və cinayətkarlar tapılıb cəzalandırılsın. Amma keçmiş bir hüquq-mühafizə orqanı işçisi kimi hesab edirəm ki, məsələyə hərtərəfli baxmalıyıq. Bəzən elə cinayətlər baş verir ki, onu açmaq doğrudan da çətin olur. Əsas odur ki, bu cinayətləri açmağa çalışırsan. Çünki cinayətkar cəzasız qaldıqca daha da azğınlaşır və növbəti daha ağır cinayətlər etməyə başlayır.
[b]- Mövzumuza qayıdaq. Aydındır, bir tərəfdə favorit hakim Yeni Azərbaycan Partiyasıdır, bəs, müxalifətdən favorit kim olacaq? [/b]
- Hər bir partiya, hər bir blok çalışacaq ki, favorit olsun, o cümlədən biz də bu istiqamətdə səylərimizi göstərəcəyik. Seçki bir yarışdır, görək nəticəsi necə olacaq. Bəri başdan bir söz demək çətindir.
[b]- Bundan əvvəlki seçkilərdə hakim partiya seçkiyə bu qədər vaxt qalmış siyahısını artıq elan edirdi, bu dəfə isə mənzərə başqadır, cəbəbini bilirsinizmi? Bəziləri bunu daxildəki narazılıqla əlaqələndirirlər... [/b]
- İnanmıram ki, hər hansı bir narazılıq olsun. Hesab edirəm ki, YAP namizədlər siyahısını son ana qədər açıqlamamaqla bir taktika yürüdür. Hakimiyyət istəyir ki, hamı kartını açsın, ondan sonra hərəkətə keçsin. Ancaq hakimiyyət daxilində hansısa narazılığın olmasına qətiyyən inanmıram.
[b] - İlyas müəllim, artıq demək olar ki, parlament seçkilərində mübarizə aparan cinahlar bəllidir. Ümumi götürdükdə 2010-da necə mübarizə keçəcək? [/b]
- Seçkidə həmişə mübarizə gərgin olur. 2005-ci il parlament seçkilərini xatırlayıram. Bilirsiniz ki, mən həmin vaxt keçmədim, sonra təkrar seçkidə keçdim. 2005-də də, 2006-da da mən gərgin mübarizə müşahidə etdim. Adətən yarışlarda gərginlik olur. Parlamentə düşmək istəyənlər çoxdur. Ona görə də hesab edirəm ki, 2010 seçkilərində gərgin mübarizə gedəcək. Amma istərdim ki, bu seçkilər qanunla, əxlaqla keçirilsin.
- Adət etdiyimiz kimi, müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib...
- Vaxtiylə Almaniyanın məşhur rəhbəri deyirdi ki, insan üç halda yalan danışa bilər. Birincisi, müharibə dövründə, ikincisi, ovdan qayıdanda, üçüncüsü, seçki zamanı. Mən seçki zamanı da yalan danışmaq istəmirəm. Bunu müəyyən siyasi manevrə çevirmək lazım deyil. Əgər sən doğrudan da uduzursansa, etiraf etməlisən. Yoxsa insanları aldadıb demək lazım deyil ki, mən səs almışdım, amma saxtalaşdırdılar.
- Yəni, bu günə kimi keçirilən seçkilərdə hər hansı ədalətsizlik olmayıb?
- Mən elə demədim. Sizin bu sualınız mənim cavabımdan doğmur axı...
- Mən müxalifətin nəticələrlə razılaşmadığını, Siz də bunun cavabında "uduzanda etiraf etmək lazımdır",- dediniz...
- Mən ümumiyyətlə, deyirdim, konkret olaraq, kiməsə aid etmirdim. Şəxsən mən 2005-ci ildə seçkilərdə iştirak etdim, orada çox şeylər gördüm. Məhz mənim şikayətim nəticəsində Konstitusiya Məhkəməsinin qərarı ilə seçkinin nəticələri ləğv olundu. Ən böyük təhlüklərdən biri biznesin siyasətə qarışmasıdır. Böyük maliyyəyə malik olan isanlar qeyri-qanuni işlər görürdülər. Yol çəkdirirdilər, transformator qoyurdular, haranısa təmir elətdirirdilər, camaatı, seçki məntəqələrinin müəyyən üzvlərini ələ almağa çalışırdılar. Mən istəyirəm ki, belə şeylər olmasın