16-12-2017 [00:32]
Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə partiya son günlər dünya ictimaiyyəti və İslam dünyası üçün aktual və həssas məsələ olan Qüds şəhərinin statusu ilə bağlı məsələni müzakirə etmiş və sonda bəyanat qəbul etmişdir. Bəyanatda deyilir:
"II Dünya Savaşı bitdikdən sonra dünyanın siyasi xəritəsini müəyyən edən 3 dövlət başçısının birgə keçirdiyi Potsdam konfransı 1948 -ci ildə İsrail rejiminin formalaşması üçün zəmin hazırladı. Bəşəriyyət tarixində milyonlarla insanların məhvinə səbəb olan II Dünya savaşından sonra Orta Şərqdə yeni bir ədalətsiz, günahsız insanların sürəkli ölümünə səbəb olan yeni bir münaqişə ocağı yarandı. Fələstin- İsrail savaşı dünya tarixinin ən uzun müddətli münaqişəsi olaraq tarixə həkk olunmaqdadır. On minlərlə günahsız qadın, qoca, uşaq olan fəslətinlilərin işğalçı İsrail əsgərləri tərəfindən qətli qeyri- müəyyən müddətə qədər davam edir.
İsrailin və bu rejimi himayə edən beynəlxalq güclərin anti- bəşəri, anti- hüquqi addımlarına baxmayaraq beynəlxalq ictimaiyyət cərəyan edən ədalətsizliyə gücsüzlüklərindən göz yumur, haqqı deməkdən çəkindiyi bir halda demokratiya, insan hüquqlarının keşikçisi kimi özünü hesab edən ABŞ 6 dekabr tarixində BMT TŞ nin münaqişənin həlli ilə bağlı zamanında qəbul etdiyi qərarların ziddinə olaraq 3 dinin şəhəri, müsəlmanların ilk qibləsi və 3 müqəddəs məsciddən biri olan Məscidi Əqsanın yerləşdiyi Qüds şəhərini İsrailinpaytaxtı olaraq tanımaq qərarını elan etmişdir. Amerika Birləşmiş Ştatları tarix, siyasət və əxlaq baxımdan düzgün olmayan bu qərarını elan etməklə bərabər Təl -Əvivdə olan səfirliyini yaxın illərdə Qüds şəhərinə daşıyacağını da bildirdi.
On minlərlə günahsız fələstinlinin qətlinə səbəb olan, terroru dövlət səviyyəsinə qaldran İsrail rejiminə dəstək olmaqla Amerika qarşıdakı illərdə dünyaya müharibələr, faciələr gətirəcəyinin ayaq səslərini dünya ictimaiyyətinə eşitdirdi.
Allaha şükür edirik ki, XXI əsrin ilk onilliyində müsəlman dövlətlər, xalqlar Amerikanın bu tarixi yanlış qərarına göz yummadılar və 13 dekabr tarixində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasını çağırıbQüds şəhərini Fələstinin paytaxtı olaraq tanımaq qərarını verdilər.
Doğru Yol PartiyasıQurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi mövcud durumu müzakirə etdikən sonra müqəddəs şəhər olan Qüds şəhəri barədə ABŞ-ın qanunsuz, ədalətsiz qərarına qəti etiraz edir, Dağlıq Qarabağ problemi olan Azərbaycan xalqını Amerikanın bu mənfur qərarına etiraz etməyə çağırır, müqəddəs Qüds şəhərinə sahib çıxmağı, Qüdsü on illərlə azadlıq mücadiləsi aparan fələstin xalqının, tarixi Fələstin dövlətinin paytaxtı olaraq tanıdığını bəyan edir.
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır