Məhkəmə Maliyyə Palatasının qərarını rədd etdi

img

15-12-2017 [10:04]


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək "Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

MBNP-nin ərizəsinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia mümkün sayılmayıb. Bununla da, ASC-nin məcburi ləğvindən imtina edilib.

Palata qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılıb və qərardad qüvvədə saxlanılıb. 

Növbəti dəfə MBNP-yə "yox” cavabı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA