Milli Məclisin üzvləri Böyük Britaniyaya səfər edəcəklər

img

04-09-2010 [11:36]


Azərbaycan Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu gündən sentyabrın 7-dək London şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, nmayəndə heyətində deputatlardan Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament aparatının rəhbəri Səfa Mirzəyev təmsil olunur. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA