13-12-2017 [14:11]
"Bu dollar-manat məsələsi Azərbaycana böyük zərbə vurdu. Bunun da səbəbkarları bank-maliyyə sektoruna baxan məmurlardır".
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib.
Onun sözlərinə görə, bank-maliyyə sektorunda gedən oyunlar ölkədə ciddi qiymət artımına səbəb olub:
"Elman Rüstəmov hər dəfə çıxış edir, manatın möhkəmlənməsindən danışır, bir həftə sonra yenidən qiymətlər oynayır. Bilirsiz, manatın arxasında istehsalat yoxdur. Demək olar ki, bütün məhsulları xaricdən alırıq. Səbəb də odur ki, ölkədə istehsal sahələri bərbad vəziyyətdədir. Belə olan təqdirdə dolların bahalaşması sadə vətəndaşlara ciddi problemlər yaradır".
Partiya sədri Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin də yarıtmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu qurumun rəhbəri Rüfət Aslanlı ölkənin maraqlarına zidd fəaliyyətlə məşğuldur:
"Rüfət Aslanlı indi Fərhad Əliyevin yolu ilə gedir. O vaxtkı kimi bu da bəzi Qərb dairələri ilə münasibətlər qurur ki, guya prezident olacaq. Bir yerdə belə bir fikir işlədib ki, bu dövlətə elə bir zərbə vuracam ki, ayağa qalxa bilməsinlər. Maliyyə-bank sektorunda baş verən oyunlar da həmin planın tərkib hissəsidir. Bu adamalr qəsdən belə edirlər ki, camaatı dövlətdən, dövlət başçısından narazı salsınlar. Durub Milli Məclisdə inkişafdan danışırlar. Bu adamların danışdıqlarının hamısı yalandır.
İqtisadi bolka cavabdeh olan nazirlər desinlər görüm, 150 manatla necə dolanmaq olar? Axı, insanlara bu qədər zülm eləmək olmaz? Nəqədər yalan danışacaqsız? Hesab edirəm ki, bu adamlarla yola davam eləmək olmaz. 2018-ci ildə daha ağır günlər bizi gözləyir. Düşünürəm ki, gələn il ölkənin maliyyə bazarında böyük gərginlik olacaq. Ən pisi də odur ki, əhalinin böyük əksəriyyətinin iqtisadi durumun aşağıdır. Manatın ölməsi, qiymətlərin qalxması onlara ağır zərbə vuracaq. O nazirlər, komitə sədrləri, icra başçılarının vecinə deyil. Amma bu camaat yazıqdır. Ona görə də hesab edirəm ki, xalqı bu günə qoyan məmurlar işdən azad olunmalı, barələrində cinayət işi açılmalıdır və taladıqları pulları alıb xalqa xərcləmək lazımdır”.
Mia.az
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində