Mübariz Əhmədoğlu: ?Rusiya məğlub olmağa məhkum olunduğu oyunu təklif edir?

img

03-09-2010 [01:46]


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzin ötən ay regionda və dünyada baş verən mühüm siyasi-ictimai hadisələr haqda analitik hesabatını açıqlayıb. MİA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Qafqazdakı problemlər regional münaqişələr kontekstində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndələri ilə müzakirə edilib. Onun sözlərinə görə, Rusiyada ictimai şüur kulturoloji və ya siyasi təmrinlər üzərində deyil, hərbi təmrinlər üzərində qurulub və bunun nəticəsidir ki, Rusiya 20 ilə yaxın bir dövr ərzində Qafqazda vəziyyəti sabitləşdirə bilmir: ?Müddətindən asılı olmayaraq Rusiya məğlub olmağa məhkum olunduğu oyunu təklif edir. RF-in bu addımları onu konfliktlərdən uzaq olmadığının göstəricisidir. Qafqazda əsas müttəfiqi olan Ermənistanın konfliktogenliyini də əlavə etsək bu region üçün kifayət qədər tünd rəngli mənzərə alınır. Vəziyyət aydınlaşdıqdan sonra Qafqazda Rusiyanın görünüb-görünməyəcəyi ciddi sual altındadır. Görünür, Qafqazdakı döyüşçülər bunu bilir və buna hazırlaşırlar. Nüfuzlu Rusiya ekspertlərinin fikrincə, terrorçuların əsas məqsədi dövlət hakimiyyətinin nüfuzunu dağıtmaqdır?. SİTM-in analitik hesabatında ötən ay Mərkəzi Asiya, Avropa və dünyada baş verən mühüm hadisələr öz əksini tapıb və şərh edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA