Zeynal Məmmədov UEFA tərəfindən komandalarına qarzı ayrıseçkiliyə münasibət bildirib

img

03-09-2010 [01:13]


?Bakı? klubunun vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov UEFA tərəfindən komandalarına qarşı ayrıseçkiliyə münasibət bildirib. Xatırladaq ki, UEFA Macarıstanın Avropa Liqasındakı təmsilçisi ?Debretsen?in cəzalı olan futbolçunun xidmətindən istifadə etməsinə baxmayaraq, ona texniki məblubiyyət verməyib və ona yalnız pul cəzası kəsib. ?Bakı?ya isə anloji hadisə səbəbindən?Budoçnost?la oyuna görə texniki məğlubiyyət verilmişdi. Qol.Az-ın müxbiri ilə söhbətində Zeynal Məmmədov deyib ki, UEFA onun təmsil etdiyi kluba da maddi cəza kəsə bilərdi: ?Həm də biz artıq ilk oyunda qələbə qazanmışdıq. Dörd il əvvəl indi bizdə çıxış edən futbolçuya görə ?Bakı?ya texniki məğlubiyyət verdilər. Amma macarlara para cəzası kəsdilər və onlar bununla canlarını qurtardılar. Bu qərar təsdiqləyir ki, UEFA bizə qarşı daha sərt cəza kəsib. Hesab edirəm ki, UEFA bizimlə bağlı bir qədər yumşaq qərar da çıxara bilərdi?. Z.Məmmədov UEFA-nın ?Bakı? haqda qərarından şikayət verməyə lüzum görmür: ?Onsuz da onlar ?Bakı?ya qarşı cəza tətbiq ediblər. Bundan sonra şikayət etməyin nə xeyiri var ki? Gərək biz futbolda yaxşı uğurlar əldə edək ki, bizə qarşı ikili standartlara yol verməsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA