UEFA-nın ?Bakı?ya qarzı ədalətsiz davrandığı təsdiqləndi

img

03-09-2010 [01:11]


Macarıstanın Avropa Liqasındakı təmsilçisi ?Debretsen? cəzalı olan futbolçunun xidmətindən istifadə etsə də, ona texniki məğlubiyyət verilməyib. Qol.Az-ın məlumatına görə, bu hadisə Avroliqanın 3-cü təsnifat mərhələsində ?Liteks?lə qarşılaşmada baş verib. Texniki məğlubiyyət nəticəsində yarışlardan kənar qalan təmsilçimiz ?Bakı?nın səhvini təkrarlayan macar klubunun cəzalı oyunçusu Peter Meytdir matçın 85-ci dəqiqəsində meydana daxil olub. Lakin maraqlı və bir o qədər də təəccüblüdür ki, qitənin ali futbol qurumu ?Debretsen?i ?Bakı? kimi texniki məğlubiyyətlə cəzalandırmayıb. Bu yalnışlıq macarlara cəmi 19 min avroya başa gəlib. Halbuki analoji səhvə yol verən təmsilçimizin Tofiq Bəhramov adına Respublika stadionunda qazandığı 2-1 hesablı qələbə ləğv edilmiş və texniki məğlubiyyətlə (0-3) cəzalandırılmışdı. Üstəlik, komandamıza para cəzası da kəsilmişdi. Səfərdə 2-1 hesablı qələbə qazanan ?Bakı? yarışları tərk etmək məcburiyyətində qalmışdı. ?Debretsen?nin Avroliqanın qrup mərhələsində iştirakı adı çəkilən qurum tərəfindən təsdiqlənib. Beynəlxalq futbol qurumunun rəsmiləri bunu Macarıstan klubunun oyunçusunun sadəcə son dəqiqələrdə meydanda olması və nəticəyə ciddi təsir göstərməməsi ilə əlaqələndirib: ?Peter Meyt matçın 85-ci dəqiqəsində meydana daxil olub. Meydanda olduğu müddət ərzində o, komandası üçün hər hansı bir müsbət hərəkəti ilə fərqlənməyib. ?Debretsen? yarışlarda iştirakına davam edə biləcək?. Gördüyünüz kimi UEFA təmsilçimizlə Macarıstan klubu arasında fərq qoyub. ?Debretsen? klubuna cəmi 19 min avro ziyan vuran yalnışlıq ?Bakı? üçün texniki məğlubiyyət və sonda yarışlardan kənarlaşmaqla nəticələnmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA