üzeyir Hacıbəylinin 125 illiyi ilə əlaqədar Beynəlxalq Musiqi Festivalı keçiriləcək

img

01-09-2010 [04:41]


Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar 18-28 sentyabr tarixlərində Azərbaycanda Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən ?Amaltea? ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan ?T`ANG? simli kvarteti, Türkiyədən ?Orfeon? xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü. Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub, Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif strukturları - İncəsənət, Mədəniyyət siyasəti, Elm və təhsil, Kinematoqrafiya və Nəşriyyat, Reklamın təşkili və informasiya şöbələri Beynəlxalq Musiqi Festivalının yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar. Eyni zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi öz işlərini festival tədbirlərinin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə ?Üzeyir Hacıbəyli-125? adlı tədbir keçirəcək. Bütün bunlarla yanaşı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət ?Muğam? Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki qüvvələri Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA