QAT Rusiya prezidenti Medvedyevin Bakı səfərini pisləyib

img

01-09-2010 [12:53]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya səfərini pisləyən bəyanatla çıxış edib. QAT-ın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal edilən ərazilərinə səfəri, qondarma Dağlıq Qarabağ Respublikasının ildönümünün qeyd olunması pislənilib. QAT Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozduğunu, beynəlxalq təşkilatların isə ermənilərin qanunsuz hərəkətlərinə göz yumduğunu bildirib. D. Medvedyevin Bakıya səfərini yolverilməz və şəhidlərin xatirəsinə təhqir kimi qiymətləndirən QAT bildirib ki, Rusiya Dağlıq Qarabağ müharibəsində ermənilərə yardım göstərib: ?Həmçinin imzalanan son hərbi müqavilə ilə Rusiya işğalçı Ermənistanı dəstəklədiyini bir daha təsdiqləyib. Bütün bunlardan sonra Rusiya ilə əməkdaşlıqdan söhbət gedə bilməz?. QAT bəyan edib ki, ermənilər özlərini bayram tədbirləri ilə aldadırlar. Təşkilat Azərbaycan ordusunun həm döyüş qabiliyyəti, həm maddi-texniki və silah-sursat təminatı, həm döyüş ruhu, həm də fərdi qəhrəmanlıq keyfiyyətlərinə görə Ermənistanın işğalçı qüvvələrindən qat-qat üstün olduğunu bildirib: ?Azərbaycan ordusu tezliklə hərbi əməliyyatlara başlamalı, işçi qüvvələri məhv etməli, torpaqlarımızı işğaldan azad etməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA