Bayram Səfərov: "Serj Sarkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək"

img

01-09-2010 [11:56]


?Ermənistan prezidenti Serj Sarkisyan yaxşı bilir ki, işğal edilmiş Qarabağın və digər bölgələrin ermənilərə heç bir aidiyyatı yoxdur. Ona görə də, bu torpaqlar öz sahibləri tərəfindən geri alınacaq?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin sədri Bayram Səfərov S.Sarkisyanın Xankəndində verdiyi bəyanata münasibət bildirərkən deyib. B.Səfərov qeyd edib ki, Azərbaycan torpaqlarının işğal olunmasında Ermənistanın indiki prezidenti S.Sarkisyanın xüsusi rolu var. O, bildirib ki, gec-tez S.Sarkisyan günahsız azərbaycanlıların, dinc insanların tökülən qanlarına görə cavab verəcək. ?Hazırda işğalçı dövlətin başçısının deməyə başqa sözü yoxdur. Onun özü də söylədiyi fikirlərin heç bir əsası olmadığını yaxşı anlayır. Artıq Ermənistan çətin vəziyyətdədir və danışıqları prosesini uzatmaq üçün bəhanələri qalmayıb. Azərbaycan dövləti haqq-ədalətin bərpa olunmasını istəyir. Bu da ondan ibarətdir ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun və insanlar öz doğma yurdlarına qayıtsınlar. Azərbaycan dövləti dünyadan ədalətin bərpa olunmasını gözləyir. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq?-deyə icmanın rəhbəri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA