Müsavat bazqanının müavini keçmiz müsavatçı ilə üz-üzə gələcək

img

31-08-2010 [06:08]


AXCP və Müsavatın vahid namizədi kimi 95 saylı Tərtər seçki dairəsindən seçkiyə qatılmaq niyətpində olan Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli başqa problemlə üzləşib. Belə ki, ötən seçkilərdə həmin dairədən deputat seçilən keçmiş müsavatçı Aynur Camalqızı Q.Hüseynlini özünə rəqib görmədiyini bildirib. Xanım deputat daha irəli gedərək ?Nəinki Qabil Hüseynlini, hətta onun başqanını da udaram? deyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Q.Hüseynli isə A.Camalqızının fikirlərinə şərh vermək istəmədiyini vurğulayıb: ?Mən onun fikirlərinə şərh vermək niyyətində deyiləm. Sadəcə, ona işlərində uğurlar arzulayıram. Mən də özümü şanslı sayıram. İnşallah, seçki olar, insanlarımız səs verərlər?. Ötən seçkilərdə A.Camalqızının Müsavat yetkililərindən olan İlham İsmayılla rəqib olduğunu və qalib gəldiyinə gəlincə, Qabil bəy qısaca, ?İgidin başı qalda gərək? deyərək, hər hansı bir problem yaşamayacağını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA