MMP ATƏT-in Bakı Ofisi qarzısında etiraz aksiyası keçirməyə cəhd göstərib

img

31-08-2010 [02:06]


Bu gün Müasir Müsavat Partiyası (MMP) ATƏT-in Bakı Ofisi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, polis partiyanın aksiya keçirməsinə imkan verməyib. Aksiya iştirakçıları ATƏT-in Bakı Ofisinin rəhbərini istefaya səsləmək şüarı qurumun binasına yaxınlaşmaq istəsələr də, mümküün olmayıb. Aksiya təşkilatçıları ATƏT-in Bakı Ofisinə partiyanın qətnaməsi təqdim olunub. Qeyd edək ki, MMP ATƏT-in Bakı Ofisinin rəhbərliyini seçkiqabağı ölkədə hərc-mərclik yaratmasına, siyasi partiyalar arasında ayrı-seçkilik etməsinə və bəzi radikal müxalif qruplarla gizli görüşlər keçirməsinə etiraz edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA