Son qərar Müsavat Partiyası Məclisində veriləcək

img

30-08-2010 [05:20]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Partiyadaxili məsələ bölümündə əsas müzakirə olunan məsələ Məclisin növbəti sessiyasının vaxtı və iclasın gündəliyi ilə bağlı aparılıb. Aparılan fikir mübadiləsindən Məclisin növbəti sessiyasını 04 sentyabr 2010-cu il tarixində saat 11:00-da çağrmaq haqqında razılığa gəlinib. Gündəliklə bağlı irəli sürülmüş təkliflər nəzərə alınıb. Daha sonra parlament seçkilərində müxalifətin birgə iştirakı çərçivəsində dairələr üzrə vahid namizədlərin müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə məlumat verilib ki, məhkəmələrdə hüquqları pozulmuş 10-dək vətəndaş partiya başqanı ilə görüşərək ondan yardım istəyiblər. Müsavat Partiyası həmin qadınlara üzləşdikləri haqsızlıqlarla bağlı mətbuat konfransı keçirməyə imkan yaradacağını və onlara siyasi dəstək verəcəyini bildirib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA