Müsavatla AXCP seçkiyə seçki bloku kimi deyil, siyasi blok kimi qozulacaq

img

30-08-2010 [05:16]


Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı görüşüblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən A.Hacılı deyib ki, görüşdə Müsavat Partiyasının 66 saylı Biləsuvar və 75 saylı Lənkəran-Masallı seçki dairələrini AXCP-nin namizədlərinin xeyrinə güzəştə getdiyi açıqlanıb. Eyni zamanda 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürməyi nəzərdə tutmuş Müsavat Partiyasının başqan müavini Qabil Hüseynli iddiasından geri çəkilib. Q.Hüseynli isə artıq namizədliyini 95 saylı Tərtər seçki dairəsindən irəli sürmək barədə qərar qəbul edib. A.Hacılının sözlərinə görə, həm AXCP, həm Müsavat güzəştə meyllidir. Bu səbəbdən də qarşılıqlı güzəştlər nəticəsində ortaq məxrəcə gələ biləcəklərini deyən A.Hacılı onu da bildirib ki, əgər razılıq mümkün olmasa, Müsavatla AXCP seçkiyə seçki bloku kimi deyil, siyasi blok kimi qoşulacaq. Qeyd edək ki, sabah Müsavat Partiyasının başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin növbəti görüşü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA