BAXCP-BQP-Ədalət "islahat" seçki blokunun yaradılmasına dair niyyət protokolu imzaladı

img

30-08-2010 [01:30]


Bu gün Böyük Quruluş, Ədalət və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyaları bir araya gələrək parlament seçkiləri ilə bağlı "İslahat Seçki Bloku"nun yaradılmasını rəsmiləşdiriblər. MİA-nın xəbərinə görə, blokun yaradılması ilə bağlı üç təşkilatın arasında niyyət protokolunun imzalanma mərasimi keçirilib. Tədbirdə çıxış edən BQP sədri Fazil Mustafa bildirib ki, yeni bloku yaradılmasının məqsədlərindən biri də Azərbaycanda müxalifət anlayışının dəyişməsinə olan ehtiyacdır: ?Biz müxalifətçilikdə yeni ənənələr yaratmaq üçün bu bloku yaradırıq. Müxalifətin hakimiyyətlə münasibətləri qanunla təmin olunmalıdır. Müxalifətçilik haqqında qanun qəbul edilməli, müxalifətin legitimliyi hakimiyyət tərəfindən tanınmalıdır. Azərbaycanda küçələrdə döyülən, söyülən, cəmiyyətdən izolə olunan müxalifət lazım deyil?. BAXCP sədri Qüdrət Həsənquliyev blokun planları barədə məlumat verib, ittifaqın digər siyasi partiyalar üçün açıq olduğunu bildirib. Sonra BAXCP sədri digər məsələlərə toxunub. O deyib ki, mənəvi aşınmaya məruz qalan siyasi partiya dedikdə AXCP-nin nəzərdə tutur: "Rusiyada yaşayan iş adamı Sakit Allahverdiyev həmin ölkənin xüsusi xidmət orqanının təlimatı ilə ?Azadlıq? qəzetinə, dolayısı ilə AXCP-yə 2005-ci il parlament seçkiləri ərəfəsində külli miqdarda maliyyə dəstəyi göstərib. Narazı elektorat bu seçkilərdə müxalifət düşərgəsində təmsil olunan həmin qüvvələrin namizədlərinə deyil, parlamentdə oturacaq və cəmiyyətin problemini diqqətə çatdıracaq şəxslərə səs verəcək". İlyas İsmayılov çıxış edərək ölkədə demokratik dəyərlərin inkişafı üçün lazım olan bütün addımların atılmasının vacib olduğunu bildirib. Partiya sədri qeyd edib ki, demokratik dəyərlərin inkişafı sivil münasibətlərdən keçir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA