Rəzad Sadıqov Türkiyə superliqa klubu ilə müqavilə bağladı

img

30-08-2010 [12:03]


Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov bundan sonra futbolçu karyerasını Türkiyə superliqasında çıxış edən ?Eskişehirspor? klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a Rəşadın artıq keçmiş klubu olan ?Qarabağ?ın direktoru Əmrah Çəlikəl məlumat verib. Ə.Çəlikəl Rəşadın bu gün ?Eskişehirspor?la müqavilə imzaladığını bildirib. Qeyd edək ki, Rəşadın yeni klubu bu gün, Bakı vaxtı ilə saat 00:00-da öz meydanında ?Qalatasaray?la qarşılaşacaq. Amma millimizin kapitanının bu oyunda meydana çıxmayacağı bildirilir. Yeri gəlmişkən, iki turdan sonra aktivində 1 xal olan ?Eskişehirspor? hazırda turnir cədvəlində 18 komanda arasında 14-cü pilləni tutur. Xatırladaq ki, R.Sadıqov müxtəlif vaxtlarda Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarında da çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA