YAP Gənclər Birliyinin rayon (zəhər) təzkilat sədrlərinin toplantısı keçirilib

img

28-08-2010 [02:04]


Bu gün YAP Xətai rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon (şəhər) təşkilat sədrlərinin toplantısı keçirilmişdir. Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənclərin partiyamızın aparıcı qüvvələrindən olduğunu vurğulayıb. Əli Əhmədov bildirib ki, hazırda Azərbaycan gəncləri yüksək intellektə, bilik və bacarığa malikdir. Bunun təsadüfi olmadığını deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün imkanlar yaradıb. ?Yeni Azərbaycan Partiyası da gənclərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Sevindirici haldır ki, partiyamıza yeni üzv olanların arasında gənclər üstünlük təşkil edir. Bu gün partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu fakt onu göstərir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti birmənalı olaraq dəstəkləyir?-deyə YAP Sədrinin müavini qeyd edib. Qarşıdan gələn parlament seçkilərinə toxunan Əli Əhmədov gənclərin böyük potensiala malik olduğunu və partiyanın bu potensialdan səmərəli istifadə etmək niyyəti olduğunu vurğulamışdır. Toplantıda YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyinin sədri Ramin İbrahimov, YAP Ağdam rayon təşkilatının Gənclər Birliyinin sədri Amil Cavadov, YAP Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Şükürov, YAP Lerik rayon təşkilatının Gənclər Birliyinin sədri Rövşən Rüstəmov çıxış ediblər. Tədbirdə YAP İcra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA