BAXCP-BQP-Ədalət partiyalarının ?islahat? seçki bloku yarandı

img

28-08-2010 [02:00]


Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş (BQP) və Ədalət (ƏP) partiyaları liderlərinin bu gün keçirilən görüşündə ?İslahat? seçki bloku yaradılması barədə qərar qəbul olunub. Bu barədə MİA-ya BAXCP mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, Ədalət Partiyasının mərkəzi mənzil-qərargahında keçirilən görüşdə hər üç partiyanın rəhbərləri ?İslahat? seçki bloku adından irəli sürüləcək namizədlərin siyahısı ilə bağlı razılıq əldə ediblər. Yalnız bir neçə dairə üzrə müzakirələrin sentyabrın 7-nə, parlament seçkilərinə rəsmən start veriləcəyi günədək davam etdirilməsi nəzərdə tutulub. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi məlumata görə, müzakirələrin davam etdirilməsinə səbəb olan seçki dairələri üzrə razılığın əldə olunmasıyla bağlı da elə bir ciddi problem yoxdur: ?Sadəcə, qarşılıqlı razılıq əsasında bəzi dairələr üzrə namizədlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac var. ?İslahat? seçki blokunun vahid namizədlər siyahısı ümumən razılaşdırılıb və blok avqustun 30-da elan olunacaq?. Məlumata görə, ?İslahat? seçki blokunun yaranması barədə avqustun 30-da mətbuat konfransı keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA