Müsavat bazqanı ilə AXCP sədri razılığa gəldilər

img

27-08-2010 [05:51]


Bu gün AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin nəzərdə tutulan görüşü baş tutmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, liderlərin görüşü baş tutmasa da, telefonla danışıblar və daha bir dairədə razılığa gəliblər. Partiya yetkilisi onu vurğulayıb ki, telefon danışığı zamanı 46 saylı Şirvan seçki dairəsindən AXCP nümayəndəsi, satirik şair Mirzə Sakitin vahid namizəd olması razılaşdırılıb. İsa Qəmbərlə Əli Kərimlinin növbəti görüşünə gəldikdə isə F.Qəhməmanlı görüşün gələn həftə reallaşacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA