?Qarabağ? Seçki Blokunun izçi Qrupunun növbəti iclası keçirilib

img

27-08-2010 [01:56]


Bu gün Ümid Partiyasının qərərgahında ?Qarabağ? Seçki Blokunun (QSB) İşçi Qrupunun növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda müzakirə olunan məsələlər barədə məlumat verən İşçi Qrupunun üzvü Ümid Partiyasının sədr müavini Taleh Əliyev bildirib ki, iclasda QSB-nin təsis olunması haqqında sazişin lahiyəsi, MSK-ya və DSK-ya təqdim olunacaq sənədlərin siyahısı, QSB-nin namizədlərin yekun siyahısının hazırlanması, QSB-nin əsasnaməsi, seçki qərərgahının sturukturu və gələcək tədbirlər planı müzakirə olunub. Taleh Əliyev onu da bildirib ki, bir neçə dairədən hər iki partiyanın güclü namizədi olduğundan hələlik bu dairələrdə razılıq əldə olunmayıb və bu məsələ növbəti iclasa təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA