AVCiYA seçki monitorinqlərinin birinci və ikinci mərhələsini baza vurub

img

27-08-2010 [01:18]


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurub. Qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, bununla bağlı keçirilən tədbirdə Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, assosiasiya parlament seçkilərinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. O, fəaliyyət proqramında nəzərdə tutulan mərhələlərdən birinin - regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsinin iyun ayının axırında başa çatdığını deyib. İyul ayının əvvəllərindən isə Assosiasiya fəaliyyət proqramın II mərhələsinə başlayıb və Respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edəcək. M. Zülfüqarlının sözlərinə görə, bu ilin iyul ayında isə 3 min tirajla ?2010 ? cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası? 3 min tirajla çap olunaraq regionlara paylanıb. Assosiasiya sentyabr ayının əvvəllərindən başlayaraq fəaliyyət proqramının üçüncü mərhələsinə başlayacaq. Bu mərhələdə müşahidəçilərin müəyyən edilməsi və onların qanuna müvafiq olaraq qeydiyyatdan keçirilməsi, müşahidəçilər üçün treniqlərin təşkili, seçicilərin fəallığının artırılması üçün maarifçilik işlərinin həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, seçki günü ölkə üzrə müşahidənin təşkili həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA