14-11-2017 [08:15]
Qoç - Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək. Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Buğa - Çətin gün olacaq. Çətin məsələləri həll etməlisiniz. Özünüz də ehtimal edirsiniz ki, bu məsələlərin doğru cavabı mövcud deyil. Ailə üzvləri ilə mübahisələr mümkündür. Diskussiyaları konstruktiv məcrada saxlamaq, şəxsiyyətə keçməmək heç cür alınmır. Bəzən özünüzü təmkinli və nəzakətli aparmağa çalışsanız da, daha çox emosiyalarınızı büruzə verirsiniz.
Dostlarla istirahət ümidlərinizi doğrultmayacaq. Köhnə incikliklər sevdiyiniz şəxslə münasibətlərdə harmoniyaya mane olacaq.
Əkizlər - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə fikrinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.
Xərçəng - Bu gün asan olmayacaq. Böyük ümidlər bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik, dərhal həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən vəziyyət, demək olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən yalnız təbii nikbinliklə xilas olmaq mümkündür.
Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı deyil. Aromaterapiya, spa prosedurları və masaj seansları isə xeyirlidir.
Şir - Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz. Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Qız - Siz çox şeyə qadirsiniz və maraqlı imkanları əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq məhsuldar olacaq. Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə olacağınız adam nə qədər hörmətli olsa, bir o qədər yaxşıdır.
Bu gün sizin üçün dəyərli olan insanla çox şey barədə danışa bilərsiniz. Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü anlayacaqsınız. Həlli mümkün görünməyən bir çox problemlərin öhdəsindən gələcəksiniz.
Tərəzi - Həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki heç nə etməyə ehtiyac yoxdur: həyat onsuz da sizə rifah gətirəcək. Sizin şən və nikbin ovqatınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Tərəzilər bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Əqrəb - Bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək. Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hisslərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
Oxatan - Sizi çox çətin gün gözləyir. Yalnız öz gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.
Oğlaq - Bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Çoxdan əməkdaşlıq etdiyiniz adamlarla küsüşə bilərsiniz. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Dolça - Uzun müddət və ciddi-cəhdlə qurduğunuz planların reallaşması üçün əlverişli məqam yetişdi. Sizə heç nə mane ola bilməz - nə hadisələrin əlverişsiz inkişafı, nə müttəfiqinizin səhvi, nə də bədxahınızın fitnəsi. Çətin maliyyə və mülkiyyət məsələlərinin nizamlanması mümkün olacaq.
Bu gün səyahət və istirahətin planlaşdırılması, bilet və göndəriş (putyovka) alınması, təşkilati məsələlərin həlli üçün çox münasibdir. Maliyyə mənzərəsi o qədər də xoşagələn deyil. Amma narahatlıq üçün ciddi əsas yoxdur.
Balıqlar - Əvvəllər başladığınız işləri sakitcə başa çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa imkan verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son qoymaq olar. Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən adamla üz-üzə gəlməli olacaqsınız. Bazarlıq üçün yaxşı gündür. Kosmetika, parfümeriya və qeyri-adi geyim almaq daha yaxşı olar. Gözəllik salonuna baş çəkmək də sevinc bəxş edəcək. İmiciniz üzərində eksperimentlər uğurlu olacaq. Bu işlərlə günün birinci yarısında məşğul olun ki, günün ikinci yarısında sizi xoşunuza gələn adamla ünsiyyətdən heç nə yayındırmasın.
milli.az
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR