Uzaq Filarmoniyasının xalq çalğı alətləri ansamblı beynəlxalq uzaq musiqi festivalından qayıdıb

img

26-08-2010 [01:54]


Gələn ilin sentyabrında 20 illik yubileyini qeyd edəcək Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xalq çalğı alətləri ansamblının üzvləri Almaniyada keçirilmiş beynəlxalq uşaq musiqi festivalından qayıdıblar. Ansamblın bədii rəhbəri Qönçə Mehdiyevanın sözlərinə görə, festivala cəmi üç ölkə - Azərbaycan, Suriya və İsrail dəvət olunmuşdur. Hər bir iştirakçı ölkəni təmsil edən musiqiçilər yarım saat ərzində musiqi nömrələri ilə çıxış ediblər. Festivalda ölkəmizi Dövlət Uşaq Filarmoniyasının solistləri- 11 yaşlı xanəndə Rəşid Seyidov, 17 yaşlı tarzən Mircəfər Mövsümzadə və 15 yaşlı kamança ifaçısı Niyaməddin Allahverdiyev təmsil ediblər. Üçlük Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını məharətlə səsləndirib. Tədbir başa çatdıqdan sonra azərbaycanlı musiqiçilər yüksək səviyyəli iştiraka görə festivalın təşkilatçılarından təşəkkür məktubu alıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA