Telman İsmayılovla bağlı həbs qərarı verildi - Hələlik azadlıqdadır

img

11-11-2017 [13:40]


Moskvanın Basman rayon Məhkəməsi Azərbaycan əsilli rusiyalı biznesmen Telman İsmayılov barəsində həbs qətimkan tədbiri seçib.

MİA.AZ "İnterfaks"a istinadən xəbər verir ki, bunu onun vəkili Marina Rusakova deyib.

O əlavə edib ki, həbs qərarı qanunsuz olaraq ona verilib: "Hadisə oktyabr ayının 30-da baş verib. Noyabrın 15-də isə həbs qərarının üzərindən götürülməsi üçün Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik isə T.İsmayılov saxlanılmayıb". 

Moskvanın Basman rayon Məhkəməsi T.İsmayılovu insan ölümü, çirkli pulların yuyulmasında ittiham edərək həbs qərarı verib. 

T.İsmayılovun özü prosesdə iştirak etməyib həbs qətimkan tədbiri qiyabi formada çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA