ABŞ İSRAİLİ SON ÇƏTİN VƏZİYYƏTDƏN QORUDU VƏ... - "Bu mərhələdə əsas hədəf isə heç şübhəsiz İrandır" (TƏHLİL)
14-10-2025 [19:51]
Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Yaxın Şərq Sülh Sammiti keçirildi. Samit ümumi mənada müsbət atmosferdə baş tutdu və anklavda atəşkəs barədə yekun saziş imzalandı.
Bu sammit zahirdə humanitar məqsədlərlə Qəzzada atəşkəsin təmin olunması üçün keçirilirmiş kimi görünsə də, əslində dərin geosiyasi səbəblərin və böyük güclərin strateji planlarının təzahürüdür. Məsələ ondadır ki, İsrailin son hərbi əməliyyatları nəticəsində Qəzzada yaranan humanitar fəlakət bu ölkəni beynəlxalq səviyyədə ciddi təcrid təhlükəsi ilə üz-üzə qoydu. BMT, Avropa ölkələri və bir sıra regional güclər İsrailin addımlarını açıq şəkildə tənqid etməyə başladı, dünya ictimaiyyəti isə onu “soyqırıma cəhd”də ittiham edən mövqe sərgilədi. ABŞ da bu müddət ərzində İsrailə tam dəstək göstərdiyi üçün beynəlxalq təzyiqlərin mərkəzinə düşdü. Belə bir vəziyyətdə Vaşinqton bu dəstəyi davam etdirməkdə həm siyasi, həm də imic baxımından çətinlik yaşayırdı.
Sammit məhz bu kontekstdə ABŞ üçün vəziyyəti nəzarətə almaq və beynəlxalq reaksiyanı neytrallaşdırmaq məqsədilə alət funksiyasını yerinə yetirdi. Vaşinqton atəşkəsi təşviq etməklə bir tərəfdən Təl-Əvivi açıq ittihamdan qorumağa, digər tərəfdən isə özünü sülh təşəbbüskarına çevirməyə çalışdı. Bu, həm də İsraili əməliyyatların tempini azaltmağa məcbur edən, lakin onu tam geri çəkilməyə məcbur etməyən kompromis idi.
ABŞ bu prosesdə həm sülhü təşviq edən qlobal güc obrazını bərpa etmək, həm də bölgədə təsir imkanlarını qorumaq niyyətindədir. Çünki əks halda, Qəzza əməliyyatları beynəlxalq imici zədələməklə yanaşı, “İbrahim Sazişləri” ilə nail olunmuş ərəb–İsrail yaxınlaşmasını da çökmə nöqtəsinə gətirib çıxara bilərdi.
Sammitin bir digər hədəfi də İsraili hərbi və siyasi baxımdan müəyyən qədər geri çəkilməyə məcbur etmək, o cümlədən ABŞ-ın bölgədə təşəbbüs sahibi kimi mövqeyini qorumaq idi. Bu addım eyni zamanda Təl-Əvivin sərt mövqeyini tənzimləyərək onu qlobal təzyiqlərdən çıxarmağa yönəlmiş zəruri diplomatik manevrdir.
Samitin ən təəccüblü və diqqət çəkən məqamı, şübhəsiz İsrail, İran və HƏMAS nümayəndələrinin qatılmaması idi. Bu baxımdan hər üç aktora xüsusi diqqətlə yanaşmaq lazımdır.
İsrailin iştirak etməməsi, əslində, sammitin mahiyyətindən irəli gəlir. Bu toplantı “sülh və atəşkəs” adı altında keçirilsə də, əslində İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara beynəlxalq reaksiyanın yumşaldılması, Vaşinqtonun üzərindəki təzyiqin azaldılması və ərəb ölkələri ilə normallaşma prosesinin qorunmasına yönəlmişdi. İsrail isə bu mərhələdə açıq danışıqlara deyil, hərbi üstünlük qazanmağa və əraziyə nəzarət etməyə fokuslandı. Yəni Təl-Əvivin iştirakı həm samitin legitimliyini sarsıdardı, həm də atəşkəslə bağlı öhdəliklər götürmək anlamına gələrdi ki, bu da onun planlarına ziddir. Beləliklə İsrail gələcəkdə atəşkəsi yenə poza bilər.
İranın iştirak etməməsi daha dərin geosiyasi səbəblərlə bağlıdır. Tehran sammiti Qərbin və bəzi ərəb dövlətlərinin “şou diplomatiyası” kimi qiymətləndirir və bu prosesin özünün bölgədəki nüfuzuna zərər verəcəyini düşünür. İran Qəzzadakı silahlı qrupların, xüsusilə HƏMAS-ın əsas dəstəkçisi olaraq, bu cür görüşlərdə iştirak etməklə həm təşkilatı faktiki tanımamış olar, həm də onun vasitəsilə yaratdığı “müqavimət cəbhəsi” konsepsiyasına zidd hərəkət etmiş sayılardı. Üstəlik, bu gün Tehran daxildə ağır iqtisadi və sosial böhran yaşayır, açıq qarşıdurmadan qaçmağa çalışır.
HƏMAS-ın sammitə çağırılmaması və ya qatılmaması isə həm rəsmi status, həm də regional güclərin onu tanımaması ilə bağlıdır. Ərəb dövlətlərinin bir qismi HƏMAS-ı Fələstin xalqının təmsilçisi kimi qəbul etməməklə yanaşı, onu danışıqlar masasına oturtmaq da istəmir. Çünki bu, həm Qərblə münasibətləri zədələyə bilər, həm də Fələstin daxilində siyasi parçalanmanı rəsmiləşdirər. Digər tərəfdən, HƏMAS-ın iştirakı İsrail tərəfindən qəbul edilməz olardı və bu, danışıqları daha da çətinləşdirərdi. Ona görə də təşkilatın yerinə Fələstin Prezidenti Mahmud Abbas sammitdə iştirak etdi.
Təəssüf ki, İsrailin Şarm əl-Şeyx razılaşmasından sonra Qəzza cəbhəsində müəyyən dərəcədə geri çəkilməsi birbaşa hərbi məğlubiyyət və ya təzyiq qarşısında geri addım atması kimi başa düşüldü. Halbuki bu, daha çox strateji fasilə kimi şərh edilməlidir. Sözügedən geri çəkilmə əslində Vaşinqtonun koordinasiyasında atılan bir addım olmaqla yanaşı, İsrailə yeni geosiyasi imtiyazlar və dəstək paketləri qazandırmaq üçün hazırlanmış çoxgedişli diplomatik oyunun parçasıdır.
İsrail uzunmüddətli perspektivdə İranı əsas təhlükə olaraq görür və bu təhlükəni regional səviyyədə neytrallaşdırmaq üçün Qəzzadakı situasiyadan həssas platforma kimi istifadə edir. HƏMAS-ın İranla əlaqələri, təşkilata raket sistemlərinin Tehrandan gəlməsi və “müqavimət cəbhəsi”nin arxasında məhz İranın dayanması bunu təsdiqləyir. Belə olan halda, İsrail Qəzzada yaratdığı gərginliyi İrana qarşı legitim hərbi-siyasi mövqe formalaşdırmaq üçün istifadə edir. Yəni özünün müdafiə haqlarını yalnız Qəzzada yox, Tehrana qədər uzatmaq niyyətindədir.
ABŞ isə bu mərhələdə açıq şəkildə hərbi əməliyyatlara qoşulmasa da, İranla bağlı sanksiyaların gücləndirilməsi, diplomatik təzyiqlərin artırılması və müəyyən hallarda lokal zərbələrin “yaşıl işıqla” həyata keçirilməsi istiqamətində İsraillə razılaşma əldə etmiş ola bilər. Bu tip qarşılıqlı güzəştlərin Vaşinqtonun Təl-Əvivi müvəqqəti atəşkəsə razı salmasının əvəzində gündəmə gəlməsi gözləniləndir.
Bu ssenaridə İsrail növbəti mərhələdə İranın hərbi obyektlərini, xüsusilə raket anbarlarını, hərbi təlim düşərgələrini və ya bundan öncə vura bilmədiyi nüvə infrastrukturlarını hədəf ala bilər. Təbii ki, bu, birbaşa və genişmiqyaslı müharibə anlamına gəlmir, amma lokallaşdırılmış zərbələr və sərhədyanı gərginliyin alovlanması ehtimalı yüksəkdir. Hədəf isə sadədir: İranı cavab verməyə məcbur etmək, sonra isə bunu əsas gətirib daha ciddi qarşılıq vermək — yəni genişləndirilmiş əməliyyatlara zəmin yaratmaq.
Nəticə olaraq, İsrail Qəzzadan tam çəkilməklə deyil, daha böyük qarşıdurmaya siyasi və hərbi zəmin hazırlamaqla diplomatik mübarizəni növbəti mərhələyə keçirir. Bu mərhələdə əsas hədəf isə heç şübhəsiz İrandır.
Turan Rzayev
MİA.AZ
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb