Hikmət Hacıyev Litva səfiri ilə görüşüb 

img

14-10-2025 [17:27]


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə müzakirələr aparılıb:

"Görüş Azərbaycanın regional diplomatiyanın ön sıralarında olduğu, sammitlərlə zəngin bir ayda baş tutub"(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA