"SOCAR Trading" Kanadadakı ofisini bağlayıb - Ofisi ABŞ-a köçürülür

img

10-11-2017 [09:20]


"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.
 
"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, növbəti 3-4 ay ərzində "SOCAR Trading" bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürür.
 
"SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.

Agentlik yazır ki, "SOCAR Trading"in Kalqaridə 15 nəfər əməkdaşı olub.
 
"SOCAR Trading" iddia edir ki, yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.
 
2007-ci ildə təsis olunan "SOCAR Trading" şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA