Yağ nə qədər ucuzlaşacaq? - Ekspertdən açıqlama

img

07-11-2017 [11:09]


Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılması nəticəsində qiymətlər 1-2 manat həcmində ucuzlaşacaq.

Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, idxal mallarının bəzilərində, o cümlədən kərə yağında gömrük rüsumlarının azaldılması təkliflərini bir müddətdir ki, mətbuatda səsləndirilib:

"Nəhayət ki, belə bir qərar qəbul olundu. Rüsum qiymətlərinin 3 dəfə azaldılması qiymətlərə 1- 2 manat civarında təsir göstərəcək. Yəni, məsələn, kilosu 18 manat olan yağın qiymətinin 1-2 manat arası ucuzlaşması gözlənilir. Bu da qiymət həcminin ümumi dəyərinin 10 faiz həcmində ucuzlaşması deməkdir. Ucuzlaşma prosesini dekabr ayından görə biləcəyik. Əvvəl sahibkarlar ümumi dəyərin 15 faizi həcmində gömruk rüsumu verirdisə, indi 5 faiz həcmində gömruk rüsumu verəcəklər.

Rüsumların azaldılmasının qiymətlərə böyük təsirləri olmasa da, az da olsa qiymətlərə təsir edəcək. Ən azından kərə yağının qiyməti bundan sonra sürətlə qalxmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA