Dünyada və Azərbaycanda ən populyar maşınlar hansıdır? - SİYAHI

img

07-11-2017 [09:45]


Böyük Britaniyanın "Park Indigo" şirkəti dünyada ən populyar avtomobillərin siyahısını açıqlayıb.
 
"APA-Economics" xəbər verir ki, müvafiq infoqrafika şirkətin saytında dərc olunub.
 
"Toyota Hilux" markalı avtomobil dünyanın 25 ölkəsində ən çox satılan avtomobildir.

İkinci yerdə "Volkswagen Golf" markalı avtomobil qərarlaşıb ki, ona daha çox Avropa ölkələrində tələbat var. 

İlk üçlüyə daxil olan "Toyota Land Сruiser" daha çox Afrika və Yaxın Şərqdə məşhurdur.
 
Şimali Amerikanın dəyişməz lideri "Ford F-150" markalı avtomobildir.
 
Tədqiqatlara əsasən, Rusiyada ən çox satılan avtomobil ünvanını "Hyundai Solaris" qazanıb.
 
Azərbaycanda ən çox satılan avtomobil "LADA 4x4"-dür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA