Azərbaycan nefti bahalaşdı - 64 dollara çatır

img

06-11-2017 [23:54]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 63,62 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,73 dollar/barel çoxdur. 

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 62,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 3-də 59,37 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 3-də 61,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA