“Azərişıq” böyük məbləğdə zərər açıqladı

img

06-11-2017 [11:42]


"Azərişıq” ASC 2016-cı ili 25 milyon 636 min manat zərərlə bağlayıb.

Mia.az Report-a istinadən xəbər verir ki, "Azərişıq” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2 milyard 374,02 milyon manat təşkil edib.

Qurumun maliyyə hesabatına görə, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.

Ötən il "Azərişığ”ın cəmi öhdəlikləri 51,3% artaraq 996,302 mln. manat, cəmi kapitalı 0,6% artaraq 1 377,718 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,9% azalaraq 885,634 mln. manat olub.

2016-cı ildə səhmdar cəmiyyətinin elektrik enerjisi satışından gəlirləri 958,971 mln. manat (2015-ci ilə nisbətən 26,7% çox), satdığı məhsulun maya dəyəri 885,799 mln. manat (30,3% çox), digər əməliyyat gəlirləri 16,131 mln. manat (17,3% çox), kommersiya xərcləri 29,021 mln. manat (23,1% çox), inzibati xərcləri 12,079 mln. manat (20,2% çox), digər əməliyyat xərcləri 57,145 mln. manat (51,7% çox), sair gəlirləri 8,569 mln. manat (3,3 dəfə çox) təşkil edib. Son nəticədə qurumun vergiyəqədərki zərəri 372 min manat olub.

Ötən il "Azərişıq” əvvəlki illə müqayisədə 2,5 dəfə çox – 25 milyon 264 min manat mənfəət vergisi ödəyib və 2016-cı ili 25 milyon 636 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 18,1% azdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA