SOCAR-ın yeni inzibati binasının tikintisinə nə qədər pul xərclənib? - Məbləğ açıqlandı

img

06-11-2017 [10:30]


SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.
 
"APA-Economics" layihənin podratçısı olan "Tekfen" şirkətinə istinadən xəbər verir ki, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.
 
2017-ci ilin sentyabrın 15-nə "SOCAR Tower"də işlərin 99,2%-i başa çatıb. "Tekfen" bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.
 
"SOCAR Tower" Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA