Səudiyyənin energetika nazirindən OPEC ölkələrinə çağırış: "Biz bunun üçün çox iş görməliyik”

img

04-11-2017 [17:58]


Səudiyyə Ərəbistanının energetika naziri Xaled ben Abdel al-Faleh OPEC və qeyri-OPEC ölkələrini (OPEC+) neft ehtiyatlarının azaldılması istiqamətində intensiv fəaliyyəti davam etdirməyə çağırıb. 

Azərtac xəbər verir ki, Reuters agentliyinin yaydığı məlumata görə, al-Faleh bu fikri Daşkənddə Özbəkistanın Baş naziri Alişir Sultanov, Rusiya və Qazaxıstanın energetika nazirləri Aleksandr Novak və Kanat Kozumbayev ilə görüşünün nəticələrini şərh edərkən bildirib. O, həmçinin deyib ki, sazişin iştirakçısı olan bütün ölkələr etiraf edirlər ki, zəruri iş heç də axıradək yerinə yetirilməyib: "Missiya (hasilatın ixtisarı-red.) başa çatmayıb, biz bunun üçün çox iş görməliyik”.

Bundan əvvəl OPEC-in bir sıra nazirləri sövdələşmənin taleyinin OPEC+ ölkələrinin noyabrın 30-da Vyanada keçirilməsi nəzərdə tutulan görüşündə həll olunacağını deyirdilər.

Xatırladaq ki, mövcud razılaşmanın müddəti 2018-ci il martın 31-də başa çatır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA