?Romeo və Cülyetta? əsəri 30 ildən sonra yenidən Azərbaycan teatrının səhnəsində oynanılacaq

img

25-08-2010 [01:00]


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi növbəti 83-cü teatr mövsümündə əsasən dünya klassiklərinin əsərlərinə müraciət edəcək. Teatrdan verilən məlumata görə, dahi ingilis yazıçısı Vilyam Şekspirin ?Romeo və Cülyetta? əsəri 30 ildən sonra yenidən Azərbaycan teatrının səhnəsində oynanılacaq. Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Cənnət Səlimovadır. Beynəlxalq layihə hesab olunan bu səhnə əsərinin tamaşaçıya yeni quruluşda təqdim edilməsi üçün xarici ölkələrdən də mütəxəssislər dəvət olunub. Bundan əlavə, teatrda daha iki tamaşanın səhnələşdirilməsinə başlanılacaqdır. Bunlar Vaqif Əsədovun quruluşunda ərsəyə gələcək Carlz Dikkensin ?Oliver Tvistin macəraları? və Əli Əmirlinin ?Mən səni sevirəm? tamaşalarıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA