Müasir Müsavat Partiyası ATƏT-in Bakı Ofisinin qarzısında davamlı aksiya keçirəcək

img

25-08-2010 [12:23]


Dünən ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə qarşıdan gələn Parlament seçkilərinə həsr olunmuş bir sıra siyasi partiyaların, KİV-lərin rəhbərlərinin iştirakı ilə ?Parlament seçkilərində KİV-lərin rolu nədir?? mövzusunda keçirilən tədbirə MMP ?nin dəvət edilməməsi partiya tərəfindən qəzəblə qarşılanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, partiya ATƏT-in Bakı Ofisinin öz fəaliyyətini bu cür iki standartlar üzərində qurmasına, antidemokratik hərəkətlərinə etiraz əlaməti olaraq bəyanatla çıxış etmiş və qərara almışdır ki, Əli Bilge Cankorell öz tutduğu vəzifəsindən geri çağrılsın. Əks təqdirdə MMP ATƏT-in Bakı Ofisinin qarşısında icazəli və yaxud icazəsiz kütləvi və davamlı aksiyalara start verəcək. Bu gün MMP-nin təşkilati məsələlər üzrə sədr müavini Fərhad Əliyev və beynəlxalq məsələlər üzrə sədr müavini bəyanatı ATƏT-in Bakı ofisinin rəhbərliyinə təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA