Gələn il pensiyalar artacaq - 21 manat artım ola bilər

img

03-11-2017 [15:20]


2018-ci ildə Azərbaycanda orta aylıq pensiya məbləğinin 216,5 manata çatacağı proqnozlaşdırılır. Bu da 2017-ci ilin gözlənilən proqnozu ilə müqayisədə 7,6 manat və ya 3,6%, 2016-cı ilin faktiki göstəricisi ilə müqayisədə isə 24,3 manat və ya 12,6% çoxdur.

Bu barədə gələn il əmək pensiyaçıları üçün yaşayış minimumu 144,0 manat nəzərdə tutulub ki, bu da 2017-ci ilin gözlənilən nəticəsi ilə müqayisədə 13,8 manat və ya 10,6%, 2016-cı ilin faktiki göstərici ilə müqayisədə 21 manat və ya 17,0% artım deməkdir.

Layihəyə əsasən, əmək pensiyaçılarının 2018-ci ilin sonuna 1 304,1 min nəfər olacağı gözlənilir. 2017-ci ilin sonuna bu göstəricinin 1 311,0 min nəfər olması ehtimal olunur.

Qeyd edək ki, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə 3,1% təşkil edəcəyi proqnozlaşdırılır. Bu göstərici 2017-ci ildə 13,2% gözlənilir.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA