ARDNF oktyabrada hərraclarında 318,7 milyon dollar satıb - Rəsmi açıqlama

img

03-11-2017 [11:58]


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) oktyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Mia.az-a verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 318,7 mln. dollar məbləğində vəsait satılıb.

Cari ilin sentyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 252,2 mln. dollar satıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fond tərəfindən satılan valyutanın həcmi 26,37% artıb.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 804,42 mln. dollar satıb.

Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA