AMiP-dən ATƏT-in Bakı ofisinə etiraz

img

24-08-2010 [06:02]


Bu gün ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə qarşıdan gələn parlament seçkilərinə həsr olunmuş və bir sıra siyasi partiyaların, kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə ?Parlament seçkilərində KİV-lərin rolu nədir?? mövzusunda keçirilən tədbirə AMİP-in dəvət edilməməsi partiya tərəfindən təəccüb və təəssüflə qarşılandı. Öncə ATƏT-in Bakı Ofisinin rəhbərliyinin diqqətinə bir daha çatdırırıq ki, AMİP ölkədə yaranan ilk siyasi partiya olaraq, zəngin seçki təcrübəsinə malikdir və 1992-ci ildən bəri keçirilən bütün seçkilərdə fəal iştirak edərək, böyük uğurlara imza atıb. Partiya ölkənin demokratikləşməsi və hüquqi cəmiyyətin qurulması uğrunda dönmədən mübarizə aparmaqla yanaşı, sabit elektorata, eləcə də, yüksək nüfuza malikdir. Azərbaycanın 64 rayonunda yerli təşkilatları olan AMİP qarşıdan gələn parlament seçkilərinə böyük önəm verərək, bu seçkilərdə qalib gəlmək üçün ciddi hazırlıq işlərinə başlayıb. Bütün bunlara baxmayaraq ATƏT-in Bakı Ofisinin ölkədəki ictimai-siyasi proseslərə geniş nüfuz etməyə sahib aparıcı müxalifət partiyalarından biri olan AMİP-ə qarşı sərgilədiyi ögey münasibəti başa düşülən deyil. Partiya ATƏT-in Bakı Ofisinin Azərbaycanda demokratikləşmə, azad və ədalətli seçkilər, söz azadlığı, insan haqqları, eləcə də vətəndaş cəmiyyəti uğrunda göstərdiyi fəaliyyətini müsbət qiymətləndirməklə yanaşı, siyasi partiyalara, xüsusən də, AMİP-ə qarşı göstərdiyi ayrı-seçkiliyə kəskin etirazını bildirir. Partiya hesab edir ki, ATƏT kimi nüfuzlu bir qurum, həqiqətən də, Azərbaycanda yüksək və sivil dəyərlərin formalaşmasına və inkişafına öz töhvəsini vermək istəyirsə, fəaliyyətini şəffaflıq və reallıq üzərində qurmalıdır. AMİP ümid edir ki, ATƏT-in Bakı Ofisi bundan sonrakı fəaliyyətində şəxsi münasibətləri, qərəzli yanaşmaları, ayrı-seçkilikləri kənara qoyaraq daşıdığı prinsipləri rəhbər tutacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA