Kukla Teatrı yeni mövsümü ?O olmasın, bu olsun? əsərinin tamazası ilə açacaq

img

24-08-2010 [02:26]


Abdulla Şaiq adına Dövlət Kukla Teatrı yeni mövsümü dahi bəstəkar Üzeyir Hacıbəylinin ?O olmasın, bu olsun? əsərinin tamaşası ilə açacaq. Teatrdan verilən məlumata görə, bu məşhur komediya Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında, Üzeyir Hacıbəylinin anadan olmasının 125-ci ildönümü münasibətilə səhnələşdiriləcək. Tamaşada Sankt-Peterburqdan gətirilmiş xüsusi marionetlərdən istifadə olunacaq. Komediyanın baş qəhrəmanı Məşədi İbadı Xalq Artisti Yaşar Nuri səsləndirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA