Niyaməddin Orduxanlı: ?Müsavat və AXCP-nin namizədləri həddindən artıq zəif namizədlərdi?

img

24-08-2010 [01:11]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı seçkiöncəsi vəziyyət, təmsil olunduğu partiyanın seçki hazırlıqları və digər məsələlərlə bağlı Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]- Qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri nə yerdədir?[/b] - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında seçkilərlə bağlı işlər sürətlənib. Bizim seçkidə iştirak etməyimizlə bağlı, hələ 2010-cu ilin yanvar ayından partiyanın İdarə Heyətinin qərarı var. Seçki qərargahının rəhbərinin verdiyi qərara görə , artıq 76 BAXCP üzvünün namizədliyi müəyyənləşib. Hətta bu siyahıya əlavə 5 nəfərində qoşulması istisna edilmir. Biz BAXCP olaraq seçkidə ciddi nəticələr qazanacaqımıza inanırıq. Son 2009- cu ilin Bələdiyyə seçkilərində 400 yaxın namizədimiz olmuşdu və bunlardan 150 yaxın BAXCP üzvü bələdiyyə seçilmışdı. MSK-nın verdiyi rəsmi rəqəmə görə isə, partiyamız Bələdiyyə seçkilərində 3 yeri qazanmışdı. [b]- Bu səfər neçə yer qazana biləcəksiniz?[/b] - Bizim əsas mübarizəmiz 20 dairədə olacaq. Bu dairədən olan namizədlərimizin kifaəyət qədər potensialı var ki, seçkidə qalib gəlsinlər. 70 dairədən artıq namizədlərimizin olması isə, partiya kimi seçkiyə qatılib və pulsuz efir vaxtı əldə etmək üçündür. [b]- Özünüz hansı dairədən namizəd olacaqsınız, əvvəlki dairədən yoxsa, başqa?[/b] - Yaşadığım rayonda 2 dairə var. 44 saylı Sumqayıt-Abşeron , bu dairənin deputatı biznesmen Baba Tağıyev və 45 saylı Abşeron seçki dairəsi və dairənin də deputatı spiker Oqtay Əsədovdur. Son 11 il ərzində Abşerondan 4 dəfə seçkidə iştirak etmişəm. Azərbaycanda keçirilən 1999, 2004 və 2009-cu illərdə Bələdiyyə seçkilərdə iştirak edib, müxalifətin namizədi kimi 3 dəfə qalib gəlmişəm. 2005-ci il deputat seçkilərində BAXCP-nin namizədi olmuşam. Böyük seçki təcrübəm var. Bu dairədən kifayət qədər tanınmış şəxsəm. Minlərlə səs qazanmışam. Böyük ehtmalla bu iki dairənin birindən namizədliyimi verəcəm. Bu dairənin əsas seçiçi elektratı ali təhsili və ziyalılardır. Bu səfər də böyük bir komapaniya aparacam və acıq da etiraf edirəm ki, mənim əsas rəqibim YAP-ın namizədi olacaq. [b]- Müsavatla AXCP-nin verdiyi namizədi rəqib saymırsınız?[/b] - Qətiyyən yox. Bu iki dairənin hər birindən verdikləri namizədlərin adlarını ilk dəfə idi ki, eşidirdim. Mənim 33 yaşım var və 15 ilə yaxındır ki, aktiv siyasətlə məşqul oluram . Son 15 il ərzində bütün seçkilərdə iştirak etmişəm. 2003 və 2008 ci illərdə də prezidnetliyə namizəd Qüdrət Həsənquliyevin vəkili olmuşam. Onların təqdim etdiyi namizədləri nəinki respubulika səviyyəsində, hətta rayon səviyyəsində belə tanınmırlar. Müsavat və AXCP-nin namizədləri həddindən artıq zəif namizədlərdi. [b]- Ötən seçkidən alternativiniz Oqtay Əsədov idi. Bu dəfə Milli Məclisin sədrinə alternativ olmaq barədə düşünürsünüzmü?[/b] - Bu səfər çalışacam ki, spikerlə eyni dairədən namizədliyimiz olmasın. Hər halda Oqtay Əsədov ölkənin 3 şəxsidir və istəməzdim ki, spikerlə alternativ olum. YAP 17 ildir hakim partiyadır . Bu seçkinin də favariti YAP-dır. [b]- Seçkidə kiməsə güzəştə gedə bilərsinizmi?[/b] - Heç vaxt. Bu səfər heç kimə güzəşt etməyəcəm. İnanmıram ki, elə bir namizəd olsun ki, ona görə hansısa güzəşt edim. Təvazükarlıq olmasın. Mən Abşeron rayonundan həddindən artıq güclü rəqibəm. Son Bələdiyyə seçkilərində Mehdiabad qəsəbəsindəki seçiçilərlə görüşümə 1200 nəfərdən artıq insan iştirak edib. Kimin buna şübhəsi varsa , ona həmin görüşün video görüntülərini təqdim edə bilərəm. Mehdiabad qəsəbəsi 60 ilə yaxındir yaranıb, hətta sovet dönəmində belə, bu qədər insan zalda görüşdə iştirak etməyib. [b]- Ümumiyyətlə, gözləntiləriniz nədən ibarətdir?[/b] - Bu seçkiyə böyük ümüdlə qatılıram. Düşünürəm ki, abşeronlular həyatının 15 ilini siyasətə həsr etmiş və kifayet qədər rayonun problemlerini bilən və bu istiqamətdə daim çalışan partiya sədrinin müavini statusunda olan Niyaməddin Orduxanliya səs verəcək , nəinki, hansisa bir biznesmenə. Çünki, parlament adından da göründüyü kimi siyasətçilərin meydanıdır, biznezsmenlərin yox. [b]- BAXCP-BQP-Ədalət Partiyalarının seçkiyə blokla bağlı gedecəyi ilə bağlı nə deyə bilərsiniz?[/b] - Bu ideyanı gündəmə gətirən şəxs BAXCP sədri Qüdrət Həsənquliyevdir. Bu məsələ ilə bağlı Qüdrət bəy 2010 cu ilin əvvələrindən mətbuatda çıxışında demışdi. Artiq qeyri-rəsmi hər 3 partiya sədri görüş keçirib. Seçkiyə blokla qatılmasi məsəsləsinə yaxın zamanlarda aydınlıq gətiriləcək. Hələlik bu haqda bir söz deyə bilmərəm. Hələ ki danışıqlar gedir. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA