"Qaçqınkom"a 30 milyonluq "işıqpulu" niyə ayrılıb? - Ekspertdən hökumətə sual

img

30-10-2017 [18:02]


Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il, 11 saylı qərarı ilə məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlər ləğv edilərək 36 manatlıq vahid müavinətlə əvəzlənmişdi. 

Bu səbəbdən 2017-ci ildə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən kommunal xidmətlərə görə vəsaitin ayrılması da dayandırıldı.

Mia.az xəbər verir ki, iqtisadçı ekspert sözügedən məqamla bağlı maqarlı məqama toxunub. O bildirib ki, 2018-ci ilin büdcə layihəsində isə Komitəyə yenidən kommunal və kommunikasiya xidmətərinə görə 37.6 milyon manat ayrılması planlaşdırılır ki, bunun da 30.2 milyon manatı elektrik enerjisi haqlarına görədir:
2016-01-04-13-49-01rovsen-agayev-yenni.jpg (300×251)
"Bu addıma səbəb nədir - hər halda media Komitədən soruşa bilər. Güzəştlər 365 gün bərpa ediləcəkcsə, niyə ləğv edilirdi? Yox bərpa edilməyəcəksə, Komitə üçün nəzərdə tutulan vəsaitin məqsədi və təyinatı nədir? Ümumilikdə isə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəyə dövlət büdcəsindən 2017-ci ilin gözlənilən icrası ilə müqayisədə 2018-c ildə 51.5 milyon manat (26.6) artıq vəsait ayrılması proqnozlaşdırlır ki, bunun da əsas səbəbi kommunal xidmətlərə görə haqqlara vəsaitlərin yenidən bərpa edilməsidir. Eləcə də müavinətlər üzrə də məbləğ 14 milyon manat artımla proqnozlaşdırılıb".
Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA